Qazaxıstanın Aktyubinsk vilayətində 52 nəfərin ölümü ilə nəticələnən avtobusun yanması ilə bağlı hadisə salonda açıq yanacaq mənbəyindən istifadə olunma səbəbilə baş verə bilər, kriminal xarakterli və yol qəzası kimi versiyalar tamamilə istisna edilib
MilliYol.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda həmçinin hadisə yerində faciənin başvermə səbəblərinin araşdırılması üçün istintaq-əməliyyat qrupunun və yanğın laboratoriyasının əməkdaşlarının işlədiyi bildirilib.
Xatırladaq ki, yanvarın 18-də səhər saatlarında Qazaxıstanın Aktyubinsk vilayətində Samara-Şımkənd yolunda içərisində iki sürücü də daxil olmaqla 57 nəfərin olduğu avtobus yanıb. Hadisə zamanı yalnız 5 nəfər yüngül yanıq xəsarətləri almaqla xilas ola bilib, digər 52 nəfər yanaraq ölüb.
Ötən gün məsələ ilə bağlı Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyi bəyanat yayaraq 1989-cu ilin istehsalı olan və 59 nəfərlik "Kassbohrer Setra X 335 PCM" avtobusunun Orduxan Mehdiyev Sabir oğluna məxsus olduğunu bildirib. Məlumata görə, avtobus müntəzəm marşrutlar arasında yoxdur, həmçinin qeyri-müntəzəm sərnişin nəqliyyat üçün də lisenziya almayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...