Rusiyanın “özəl hərbi şirkətləri” əslində Moskvanın siyasi sifarişlərini icra edən nizami qoşunların başqa bir növüdür
Ukrayna və Suriyadakı müharibələr Rusiyada özəl hərbi şirkətlərin (ÖHŞ) çiçəklənməsinə yol açdı. Onlardan özünün xüsusi və gizli məqsədlərlə istifadə edən Kreml bu dəstələri xarici siyasətin yeni zərbə vasitəsi olaraq görməkdədir.
Hərçənd Rusiya qanunvericiliyi muzdlu əsgərlərdən bu və ya digər hərbi məqsədlərə yararlanmasını qadağan edir.
“Newsweek” jurnalının icmalçısı Ouen Metyuzun yazdığına görə, keçən əsrin 90-cı illərindən etibarən Moskva bu muzdlu birliklərdən birbaşa hərbi güc olaraq istifadə etməyə başlayıb. Bununla bərabər Kreml rəhbərliyi özəl muzdlularla birbaşa bağlantıları həmişə inkar edib. Yaxın 4 ildə isə ÖHŞ-lər Putinin xarici siyasətdə Rusiyanın qüdrətinin təsbit olunmasında əsas elementlərindən birinə çevrilib.
Jurnalist yazır: “2016-cı ilin dekabrında polkovnik-leytenant Dmitri Utkin Putinlə birlikdə Kremldə verilən ziyafətdə görüntülənib. ABŞ Maliyyə Nazirliyinin təsbitinə görə, Utkin Rusiya vətəndaşlarını Suriyadakı savaşa cəlb etmək sahəsində ən çox güvənilən insanlardan sayılır.
Jurnalda yazıldığına görə, Utkin 2013-cü ildə “Moran Security Group” adlı ÖHŞ-də çalışmağa başlayıb. Həmin il “Moran Security Group” Sankt-Peterburqda “Slavyan korpusu”nu təsis edir. Bu korpus Suriyadakı neft yataqlarının və boru kəmərlərinin qorunması məqsədilə istefada olan rusiyalı hərbi qulluqçuları işə götürür. Utkin onun komandirlərindən birinə çevrilir.
2014-cü ildə Utkin həmin birlik əsasında “Vaqner qrupu” adlı ÖHŞ-ni təsis edir. Rusiyanı “Novaya qazeta” qəzeitnin yazarı Pavel Felgenqauerin verdiyi məlumata görə, bu qrup Kremln qeyri-rəsmi zərbə qüvvələrindən birinə çevrilir. Tezliklə Utkin Şərqi Ukraynada, Donbasda peyda olur.
“Newsweek”in danışdırdığı bir muzldu əsgərin sözlərinə görə, o, 2015-ci ildə Donetskdə Suriyada vuruşmaq məqsədilə qrupun sıralarına daxil edilib. Özünü şərti olaraq “Sergey” olaraq təqdim edən həmin şəxs əvvəllər sürücü işlədiyini söyləyib.
“Mənim üçün əsas məsələ puldur, vətənpərvərliyi neynirəm”, “Sergey” jurnalistə söyləyərək davam edib:
“Oraya gedən əksər uşaqlar yalnız pul qazanmaq istəyirlər. Bizə ayda 150 min rubl (2,6 min ABŞ dolları) təklif etdilər. Bizləri bu işə cəlb edənlər orada, rabitə xəttlərinin qorunması, bazaların mühafizə edilməsi və s. kimi təhlükəsiz işlərdə qulluq göstərəcəyimizi söylədilər.
Sergeyin dediyinə görə, onlar Latakiyaya (Suriya) mülki mühəndislər qismində aparılıblar. Lakin gələn kimi bu muzdlular intensiv hərbi döyüşlərdə iştirak etməyə məcbur qalıb.
“Şirkət hər öldürülən İŞİD-çinin başına 5 min rubl (88 dollar) pul verirdi. Ağır yaralanmağa görə 900 min rubl (16 min dollar) təzminat ödənlir. Həlak olan əməkdaşların ailələrinə isə 3 milyon rubl, (53 min dollar) pul köçürülür”.
“Qətlə görə lisenziya: “terrorla müharibə” adı aıtında muzdlu atıcılar” kitabının müəllifi Yanq Pelton “Vaqner qrupu”nun Suriyada öndə savaşdığına, özü də böyük itkilər verdiyini bildirir.
Ouen Metyuz bu döyüşçlərin həm də Əsəd tərəfində vuruşan rus aviasiyasının havadan effektiv zərbələr endirməsini düzgün şəkildə koordinaisya etdiyini də qeyd edir.
Metyuz rəsmi əlaqələrin inkar olunmasına rəğmən Kremlin “Vaqner qrupu”nun döyüşçülərini medallarla təltif etməkdən çəkinmədiyni yazır.
Bunu rusiyalı yetkililərin dilindən eşitmək olar. Məsələn, Rusiya Federasiya Şurasının üzvü Frants Klintseviç onları xalq qəhrəmanı adlandırır.
Dövlət Dumasının deputatı Sergey Jeleznyak isə ABŞ-da bu tip şirkətlərin fəaliyyətindən yararlandığını, bu səbəbdən Rusiyanın eyni işlə məşğul olmasında qeyr-adi bir şey olmadığını bildirib.
Lakin ABŞ ÖHŞ-ləri rusiyalı həmkarları kimi münaqişə bölgələrində hərbi əməliyyatlar aparmaq, insanları öldürmək funksiyalarını icra etmirlər.
“Neue Zürcher Zeitung” qəzetinin yazarı Andreas Roş isə xarici işlər naziri Sergey Lavrovun həmin dəstələrin qanuniləşdirilməsinin vacibliyi haqqında sözlərinə diqqət yeritib.
Roş bunun təsadüfi olmadığını düşünür:
“Özəl hərbi şirkətlərin xaricdə hərbi əməliyyatların aparılmasında əhəmiyyəti bundan sonra daha da artacaq. Burada söhbət gəlirili bir biznesdən gedir. Bu vaxta qədər bu bazarda ABŞ və Britaniya hərbçiləri ağalıq edirdi. İndi Rusiya brinciliyi onların əlindən almaq üzrədir”.
Roş Rusiya dövlətinin bu tip dəstələri dünyanın hər yerinə yaydığını vurğulayaraq, hətta Afrikanın şimalında, Sudanda “Vaqner qrupu”nun fəallığına diqqət çəkib.
“Vaqner qrupu” mühafizə şirkətini deyil, əsl döyüş bilriyini xatırladır. Aydın görünür ki, bu qrup dövlətin birbaşa əli olmadan milli maraqların təmin olunmasında aktiv iştiraka edir. Kreml hərbi əməliyyatların maskalanması və mülki əhali arasında tələfatların susdurulması məqsdilə onun xidmətlərindən istifadə edir”.
MilliYol.Az
Digər xəbərlər
loading...