10 gün əvvəl “Broker Əbülfəz” kimi tanınan bu iş adamı şərikli iş gördüyü oliqarxlardan biri tərəfdən döyulub
Uzun illərdir ki, iş adamlarının qorxunc kabusuna çevrilmiş, ölkə ictimaiyyətinin “monopoliya naziri” kimi tanıdığı Əbülfəz Məlikovla bağlı ilginc məlumatlar yayılıb.
Tendensiya.com saytında yayılan məlumatda iddia olunur ki, 10 gün əvvəl “Broker Əbülfəz” kimi tanınan bu iş adamı şərikli iş gördüyü oliqarxlardan biri tərəfdən döyulub. Buna səbəb kimi Əbülfəz Məlikov və adamlarının hesablaşmalarda həmin oliqarxa böyük məbləğdə pul atması göstərilir. Belə ki, ölkənin idxal olunan məhsulları üzərində monopoliya qurmuş “Broker Əbülfəz” şərikli işlədiyi adamı uzun zaman ərzində aldadıbmış. Məsələnin üstü açılandan sonra Əbülfəz Məlikova mənimsədiyi vəsaiti qısa müddət ərzində geri qaytarmaq tələb olunub. Amma “monopoliya naziri” bu tələbə əhəmiyyət verməyib. Nəticədə tərəflər arasında baş tutan hesablaşmada Əbülfəz Məlikov və adamları döyülüb və ondan tələb edilib ki, ən qısa zamanda borcunu bağlasın..
Tendensiya.com-a daxil olan məlumatlarda Əbülfəz Məlikovu döyən oliqarxın kimliyi ilə bağlı məlumat əksini tapmayıb. Mənbə bildirir ki, sözü gedən oliqarx məmur deyil. Lakin ölkə miqyasında tanımış, qüdrətli iş adamlarından biridir. Məsələ ilə bağlı digər qaynaqlardan apardığımız araşdırma zamanı hadisənin doğurdan baş verməsi öz təsdiqini tapıb. Çünki hadisədən sonra Əbülfəz Məlikova yaxın olan bir neçə şəxsin üzündə döyülmə əlaməti görən şəxslər olub. Bəzi məlumatlara görə bu hadisənin siyasi çalarları da olub. Olayla bağlı araşdırmalarımız davam edir…
Qeyd edək ki, Əbülfəz Məlikov faktiki olaraq Çin, Rusiya, Türkiyə və Avropa ölkələrindən Azərbaycana idxal olunan məhsullar üzərində monopoliya yaradıb. Onun icazəsi olmadan iş adamları ölkəyə heç bir məhsul gətirə bilmirlər. İdxal əməliyyatlarını nəzarətdə saxlamaq üçün Əbülfəz Məlikov müxtəlif mexanizmlər fikirləşib tapıb. Bu mexanizmlərdən ən effektlisi karqo şirkətləridir. Sahibkarlar məcburiyyət qarşısında qalıb məhsullarını Əbülfəz Məlikovun faktiki nəzarətində olan karqo şirkətləri ilə Azərbaycana gətirir. Əks halda iş adamları gömrükdə böyük problemlə üzləşirlər.
Tendensiya.com-un araşdırmaları zamanı məlum oldu ki, Əbülfəz Məlikovun karqo biznesinə iş adamlarının “Karqo Şamil” kimi tanıdıqları Şamil Heydərov adlı şəxs rəhbərlik edir. Şamil Heydərovun ölkə ərazisində fəaliyyət göstərən bir neçə karqo daşımaları və hər cür şəraitə malik, örtüklü anbarları olan şirkətləri mövcuddur. Həmin şirkətlər əsasən Türkiyə, Rusiya, Çin və s. ölkələrdən birbaşa malların gətirilməsilə məşğul olur və bu ticarətdən külli miqdarda gəlir əldə edir.
Son zamanlar Əbülfəz Məlikovun adının çox hallanması ilə bağlı gömrük sistemindən uzaqlaşıb və demək olar ki, gömrükdə Əbülfəz Məlikovu Şamil Heydərovun əvəz etdiyi bildirilir. Bir neçə sahibkardan aldığımız məlumatda bildirilir ki, Əbülfəz Məlikov və Şamil Heydərov tamamilə yeni sistemlə çalışırlar və bu sistem ölkə büdcəsinə ziyan vursa da, həm Əbülfəz Məlikov və Şamil Heydərovun, həm də sahibkarların maraqlarını təmin edir. Bu barədə növbəti yazımızda məlumat verəcəyik. Lakin onu bildirək ki, ölkədə monopliyanın tənzimləyicitəri olaraq çıxış edən Əbülfəz Məlikov və Şamil Heydərov hazırda əvvəlkindən də çox qazanırlar.
Əbülfəz Məlikovun karqo biznesinin qaranlıq tərəfləri ilə bağlı Tendensiya.com-a daxil olan məlumatları, həmçinin hansı oliqarxlarla iş birliyi içində olması ilə bağlı məlumatları növbəti yazımızda oxuyacaqsınız.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini öyrənməyə çalışacağıq.
MilliYol.Az
Digər xəbərlər
loading...