Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində kollegiya iclası keçirilib
“APA-Economics”in məlumatına görə, maliyyə naziri Səbuhi Məmmədov deyib ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin 2017-ci ildə gəlirləri 71 mln. 650 min manat təyinata qarşı 79 mln. 856 min 165 manat və ya 111,5% icra olunmaqla, büdcəyə 8 mln. 206 min 165 manat artıq vəsait daxil olub.
Ötən il büdcə gəlirlərinin 82,6%-i və ya 65 mln. 985 min 695 manatı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, 9,5%-i və ya 7 mln. 580 min 514 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 7,3%-i və ya 5 mln. 803 min 298 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6%-i və ya 486 min 658 manatı isə digər mənbələr hesabına olunub.
Ötən ilin büdcə gəlirlərinin tərkibində mərkəzləşdirilmiş büdcə gəlirləri 103,7% təşkil etməklə, Avtomobil Yolları Məqsədli Büdcə Fonduna daxil olan vəsait istisna olmaqla, Naxçıvan şəhəri üzrə 110,6, Şərur rayonu üzrə 110,8, Babək rayonu üzrə 111,0, Ordubad rayonu üzrə 110,9, Culfa rayonu üzrə 110,5, Şahbuz rayonu üzrə 109,0, Kəngərli rayonu üzrə 110,5, Sədərək rayonu üzrə 110,2% icra olunub.
Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2017-ci ildə 443 mln. 139 min 247 manat təyinata qarşı 439 mln. 624 min 28 manat və ya 99,2% icra olunub. 2017-ci il ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
2017-ci ildə büdcə xərclərinin 74,8%-i və ya 328 mln. 728 min 928 manatı cari xərclərə, 25,2%-i və ya 110 mln. 895 min 100 manatı isə əsaslı xərclərə yönəldilib. 2016-cı ilin analoji rəqəmi ilə müqayisədə ötən il əsaslı xərclərə 8 mln. 119 min 833 manat, yaxud 7,9% artıq vəsait xərclənib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
MilliYol.Az
Digər xəbərlər
loading...