“Bələdiyyələrin statusu haqqında” qanuna edilmiş dəyişikliklər təsdiq edilib
MilliYol.Az AzərTAc-a istinadən xəbər verir ki, qanunun 4-cü maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1. İkinci abzasda “abadlaşdırılması” sözü “saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz edilsin və həmin abzasda “mərasim” sözündən sonra “və dəfn” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.”.
Prezidentin digər sərəncamı ilə qanunun 7.2-ci maddəsində “stadionların və idman meydançalarının” sözləri “stadionların, idman meydançalarının və qəbiristanlıqların” sözləri ilə əvəz edilib.
Digər xəbərlər
loading...