İraq və Suriyada İŞİD terror təşkilatının böyük ölçüdə dağıdılmasına baxmayaraq, onun lideri Əbubəkr Başdadinin aqibəti hələ də bilinmir
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İŞİD lideri ilə bağlı zaman-zaman səsləndirilən iddialara daha biri əlavə olunub.
Araşdırmaçı və təhlükəsizlik mütəxəssisi Səid əl-Ceyyaşi “Anadolu”nun müxbiri ilə söhbətində qeyd edib ki, Bağdadinin Suriyada - İraq sərhədinə yaxın və hələ də İŞİD-in nəzarətində olan bir bölgədə yaşadığı ehtimal edilir. Onun sözlərinə görə, Bağdadi təşkilata rəhbərlik imkanlarını itirdiyi üçün hazırda “xəlifə” postunun boş olduğuna dair iddialar səsləndirilir.
Silahlı təşkilatlar üzrə mütəxəssisi Hişam əl-Haşimi isə İŞİD liderinin hələ də İraq torpaqlarında olduğunu düşünür.
“Dəqiq olmayan kəşfiyyat hesabatlarına görə, Bağdadi Səlahəddin vilayətinin Sirsar bölgəsindədir”, o deyib.
Digər xəbərlər
loading...