Vergilər Nazirliyində struktur islahatları davam edir
“APA-Economics”in məlumatına görə, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb.
Yeni departamentə Ülvi Mansurov baş direktor təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ülvü Mansurov Mikayıl Cabbarovun əmri ilə nazir müşaviri təyin olunduğu xəbəri yayılmışdı.Ancaq bu məlumat təsdiqlənmədi. .
Xatırladaq ki, Ülvi Mansurov 2 ay əvvəl “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsindən azad olunmuşdu. Uzun müddət “Texnikabank”ın İdarə Heyətinin sədri işləmiş Ü.Mansurov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, eləcə də “Kapitalbank”da sədr müavini postlarını tutub.
Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.
Digər xəbərlər
loading...