2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 15 ədəd, həmçinin Bakı şəhərində Pirallahı qəsəbəsini sahillə birləşdirən 422 m uzunluğunda yeni körpü tikilib, 9-u isə təmir edilib
Agentlikdən verilən məlumata görə, hesabat ilində ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 15 ədəd yerüstü və yeraltı piyada keçidi tikilərək istismara verilib.
Bunlardan 10 yerüstü piyada keçidi M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, 2 yerüstü keçidi M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda və 1 yeraltı piyada keçidi Zaqatala şəhərində, 2 yeraltı keçid isə Bakı şəhərində Hüseyn Cavid və Nobel prospektlərində tikilərək əhalinin istifadəsinə verilib.
Digər xəbərlər
loading...