ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atıb
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin (BSF) qurulmayacağını açıqlayıb.
Pentaqon həmçinin ABŞ-ın Suriyada yerli qüvvələrə təlim verməkdə davam edəcəyini və bu təlimin məqsədinin evlərinə dönən insanların təhlükəsizliyini artırmaq olduğunu bildirib.
ABŞ Müdafiə Nazirliyindən sonra dövlət katibi Reks Tillerson da mövzu ilə bağlı açıqlama verib. ABŞ-ın xarici siyasət idarəsinin başçısı Suriyada “sərhəd ordusu” qurmaq niyətində olmadıqlarını vurğulayıb.
“Suriyada sərhəd gücünün qurulması niyyətimiz yoxdur. ABŞ-ın Türkiyəyə belə bir açıqlama vermə borcu var”, - o, deyib.
Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etmişdi. Onun əsasını PYD terror təşkilatı təşkil etməli, missiyası isə Suriyanın Türkiyə və İraqla olan sərhədlərinin mühafizəsi olmalı idi.
Dünən isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısından sonra verilən yazılı açıqlama Türkiyənin sərhədlərində bir terror dəhlizi yaradılmasına və terror ordusunun qurulmasına icazə verməyəcəyi, buna qarşı lazım olan bütün addımların atılacağı bildirildi.
Digər xəbərlər
loading...