Novosti.az
18 yanvar 2018-ci il
Qarşıda yeni “ 20 Sentyabr” gözlənilir
Azərbaycan Xəzər hövzəsində təbii qazın hasilatına görə dördüncü, neft hasilatına görə beşinci yeri tutur. Ölkədə qeyri- neft sektorunun sürətli inkişafına baxmayaraq, karbohidirogenlər iqtisadiyyatın inkişafında əhəmiyyətli yer tutmaqda davam edir və bu sahəyə ümidlər hələ də böyükdür.
Bu günlərdə “Şahdəniz” yataqlarında ilkin qazın cari ilin 20 sentyabrında alınacağı haqqında məlumat verildi. Bu yataqlar dünyada son 20 ildə kəşf edilmiş ən böyük qaz yataqlarından sayılır. Burada qaz ehtiyatı 1,2 trl kubmetr həcmində qiymətləndirilir. “Şahdəniz”dən hasil edilərək ,“Cənub qaz dəhlizi” vasitəsi ilə Avropaya yönəldiləcək qazın Azərbaycanı Avropa İttifaqı üçün əsas təminatçıya çevrəcəyi ehtimal edilir. Avropa İttifaqı üçün prioritet layihələrdən biri olan “Cənub qaz dəhlizi” vasitəsi ilə 10 milyrd kubmetr Azərbaycan qazının Gürcüstandan keçməklə Türkiyə və Avropaya nəql edilməsi nəzərdə tutulur.
Müstəqillik illərində bir ilk
“Şahdəniz”dən əlavə, Azərbaycanda “Abşeron” ,“Ümid”, “Bulla Dəniz” kimi iri yataqlara da xüsusi diqqət ayrılır. Xüsusilə qeyd etmək lazımdır ki, “Ümid yatağı” Azərbaycan mütəxəssisləri tərəfindən 2010 – cu ildə kəşf edilib. Bu, SOCAR tərəfindən müstəqil Azərbaycanda kəşf edilmiş ilk yataqdır. Bu yatağın qaz ehtiyatları 200 milyard kubmetr, kondensatları isə 40 milyon ton həcmində qiymətləndirilir.
Gələn on illiyin ortalarına bu yataqlar bütün gücü ilə işə salınmalıdır. Buna görə, SOCAR 2007-ci ildə şirkətin digər qazma qurumlarını özündə birləşdirərək “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsinin bazasında yaradılmış “Kompleks qazma işləri” trestinin fəaliyyətinə xüsusi diqqət ayırır. Bu gün Trest öz fəaliyyətində ən yüksək texniki göstəricilərə malik,müasir texnologiya və avadanlıqlardan istifadə edir.
“Kompleks qazma işləri” tresti 2017-ci ilin yüksək texniki-iqtisadi göstəricilərlə başa vurub. İl ərzində nəzərdə tutulmuş 115 184 metr qazma işləri əvəzinə 115 200 metr qazma işləri görülərək 71 quyu istismara təhvil verilib. Bu planın 100 faiz yerinə yetirilməsi deməkdir. Trestin ötən ilki nailiyyətlərindən biri də “Bulla Dəniz” yatağndakı qaz kondensatı hasil edən 123 saylı quyu ilə bağlıdır. “MakKinzi konsalting” şirkəti quyunun qazılmasını 237 günə, “Kompleks qazma işləri” trestinin mütəxəssisləri isə 240 günə proqnozlaşdırsa da, quyu rekord həddə tez bir müddətdə – 227 günə qazıldı.
Azərbaycanda qazma işlərində yeni üsul
“Kompleks qazma işləri” tresti Azərbaycanda ilk dəfə olaraq, 2014- cü ildə horizontal qazma üsulu ilə quyu qazıb. Hal-hazırda enerji resurslarının hasilatında horizontal üsul ilə qazılmış quyular mühüm yer tutur.
Horizontal qazma üsulu ən çətin keçilən laylardan neft hasilatını mümkün edir. Horizontal qazma prosesi zamanı quyu şaquli lülə oxundan müəyyən kənarlaşma bucağına malik olur ki, bu da neftin daha tez və məhsuldar hasilatına gətirib cıxarır. Bu üsuldan təkcə istismarda olan quyulardan hasilatının artırılmasında deyil, həm də qeyri – məhsuldar və rentabelli olmayan quyuların işləməsində istifadə edilir.
Trest bu gün payız-qış mövsümündə mavi yanacaqla təminatı gücləndirmək üçün “Qaradağ” qaz anbarlarında quyular qazır.
SOCAR “Kompleks qazma işləri” trestini yaradaraq qazma ilə məşqul olan bütün stukturları vahid idarəetməyə verib. Nəticədə dənizdə və qurudakı 25 yataqda aparılan qazma işlərinin sürəti və effektlivliyi qat-qat artıb. Bu gün bütün qazma resurslarını özündə birləşdirən, maddi-texniki bazasını möhkəmləndirən Trest, peşəkar mütəxəssislərin potensialından istifadə etməklə, geoloji cəhətdən ən çətin yataqlarda belə müasir standartlarla qazma işlərini uğurla davam etdirir.
MilliYol.Az
Digər xəbərlər
loading...