Külli miqdarda valyutanın qanunsuz yolla ölkədən çıxarılmasına cəhdin qarşısı alınıb
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.
Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarətindən keçərkən, hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.
Vətəndaşa məxsus əşyaların yoxlanılması zamanı onun çantasının içərisində və daha sonra əynindəki pencəyinin cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 2 milyon 200 min Rusiya rublu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...