Rusiyanın arsenalında ən öldürücü silahlar çoxdur, onlardan biri də TOS-1 ağır reaktiv odsaçan sistemdir. Bunu “cəhənnəm silahı” da adlandırırlar
Hazırda isə bu silahın daha da modernləşdirilmiş növü meydana çıxacaq : TOS-2. Bu model T-14 Armata tankının müasir konstruksiyasına əsaslanır. Bu model təkərli tanka quraşdırılır.
Qərbin arselanındakı odsaçanlar tanklara quraşdırılır, borudan qaynar yağ qarşığı atılır. Lakin TOS-1 və TOS-2 işləmə mexanizminə görə tamamilə fərqlənir. Tankın platformasında 30 borudan ibarət reaktiv yaylım atəşi sistemi quraşdırılır. Raketlər adi döyüş başlıqları ilə təmin edilmir, burada həm də termobarik silahlar da olur.
TOS raketlərinin təsiri aerozol bombasının effektinə bərabərdir, lakin fərq bundadır ki, o havada partlayaraq alışır. Nəticədə nəhəng partlayış dalğasına səbəb olan alovlu kürə yaranır. İlkin partlayış dalğasından sonra dərhal vakuum yaranır.
Mərkəzi Kəşfiyyat İdarəsi Çeçenistan müharibəsi zamanı bu silahın tətbiq olunması barədə analizində yazırdı: “Alovda canlı diri-diri yanır. Qurban ağlagəlməyən yaralar alır, daxili orqanlar parçalanır”.
Modern.az saytının məlumatına görə, ekspertlər bildirir ki, alovlu kürənin zonasında yerləşən nə sığınacaqlarda, nə də bunkerlərdə gizlənmək mümkündür. Çünki TOS heç bir şeyə “rəhm edən” silah deyil, qarşısına çıxanı yandırıb külə döndərir.
TOS-1A modeli “Günəş qovuran yer” adını da alıb. Suriyada da TOS-1 silahları tətbiq edilib və onun partlayış dalğası dərin səngər və tunel sistemlərini, bunkerləri dağıdıb. Bir yaylımın dağıdıcı təsiri 200X400 metr sahəni əhatə edir.
5 TOS-1A-dan atılan mərmi bir kilometr uzunluqda və 400 metr dərinlikdə sıçrayış yaradır. Bütün bunlar hələ TOS-1-ə aiddir.
Bir anlıq düşünək, TOS-1 bu qədər amansız və “rəhmsizdirsə, TOS-2-də “qəddarlıqda” onu dəfələrlə üstələyir. TOS-2 bu baxımdan ən müasir silah hesab olunur.
Yeni modifikasiya 2018-2025-ci illərdə hərbi arsenala veriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...