Suriya hökuməti Türkiyənin ölkənin şimalındakı Afrin bölgəsində hərbi əməliyyata hazırlaşmasına münasibət bildirib
APA-nın xəbərinə görə, Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad dövlət televiziyasına müsahibəsində Türkiyənin Afrinə yönəlmiş hər hansı hərbi əməliyyatının ölkəyə hücum kimi qiymətləndiriləcəyini bildirib. "Əgər Türkiyə hərbi təyyarələri hücuma keçərsə, Suriya hava hücumundan müdafi sistemi türk təyyarələrini yox etməyə hazırdır", - deyə o söyləyib.
Xatırladaq ki, Türkiyə terror təşkilatı saydığı PYD-YPG-nin Afrindəki qüvvələrini zərərsizləşdirmək üçün hərbi əməliyyata hazırlaşır. Bu məsələni Rusiya ilə müzakirə etmək üçün Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan Moskvaya gediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...