Daxili İşlər Nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.
Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib.
M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...