Müğənni Ceyhun Əliyev adını açıqlamadığı bir xalq artistinin ondan inciməsindən danışıb
Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla”da deyib ki, küsülülüyə səbəb onun məclislərdən birində salamlaşmaması olub:
“Bir dəfə məclisə getdim, xalq artistimiz masanın o başında oturmuşdu. Gedib salam verə bilmədim, uzaqdan salamlaşdım. Arxamca deyib ki, "Artıq Ceyhun heç kimi saymır. Vaxt var idi qapımıza gəlib yalvarırdı, duet oxumaq istəyirdi". Hamı sənət üçün bir-birindən nəsə xahiş edə bilər. Həmin xanımla uzaqdan uzağa salamlaşdım, bayramını təbrik etdim. Nə edim? Bu məsləyə görə aramızda böyük münaqişə olub. Əgər məclisə gəlirsənsə, gərək hamıyla görüşəsən. İlhamə Quliyevanın bir adəti var idi, gərək hamı əlindən öpüb salamlaşsın. Əgər salamı ürəklə verirəmsə, nə vacibdi masanın üstünə çıxıb qaçım o başa, salam verim”.
MilliYol.Az
Digər xəbərlər
loading...