Ceyms Layons
“The Washington Times” (ABŞ), 16.01.2018
Qəfil antihökumət nümayişləri 2017-ci il dekabrın 24-də bazar günü Məşhəd şəhərində başlanıb. Etiraz aksiyaları sürətlə İsfahanı və müqəddəs Qum şəhərini bürüyüb. Tramp administrasiyası yaranmış durumdan öz mənfəətini götürməlidir.
İrandakı antihökumət nümayişləri həyatönəmli milli təhlükəsizlik hədəflərindən birini – İran teokratiyasını devirməyi gerçəkləşdirmək üçün ABŞ-a nadir imkan verir.
İranda hakimiyyətin devrilməsinə nail olmaq niyə zəruridir? Çünki Tehran 38 ildən çox ABŞ-a qarşı vuruşub. İran teokratiyasının fəaliyyəti sayəsində minlərlə ASBŞ vətəndaşı həlak olub – həm mülki şəxslər, həm də hərbçilər.
Hər şey 1979-un 3 noyabrında Tehranda Amerika səfirliyinin ələ keçirilməsindən başlanıb. Sonra 1983-ün oktyabrında Livanda Amerika səfirliyində partlayışlar gəlir, 1983-ün oktyabrında isə Beyrutda ABŞ dəniz piyadalarının kazarması partladılıb. 240-dan çox Amerika hərbçisi kazarmaya hücum nəticəsində həlak olub. Vaşinqtonun əlinə sübutlar keçib ki, Amerika kazarmasına hücumun sifarişçisi Tehran çıxıb.
Livanda MKİ stansiyasının rəisi Uilyam F.Bakli və səfirliyin hərbi attaşesi polkovnik Riçard Hiqqins daxil olmaqla ABŞ vətəndaşlarının çoxlu qətli və oğurlanması hadisələri baş verib. İran 1996-da Səudiyyə Ərəbistanında “Hobar Tauers” kompleksinə, 2000-də isə Yəmən limanına daxil olan USS Cole eskadra minadaşıyanına həmlə təşkil edib. Hətta ABŞ vətəndaşları İranın sentyabrın 11-də Nyu-Yokda və Virciniya ştatında nəticədə, təxminən, 3 min nəfərin həlak olduğu hücumlar həyata keçirən terrorçulara dəstəkdə əli olduğunu yaddan çıxarmamalıdırlar. 2003-də Amerika qoşunlarının İraqa müdaxiləsi və İraqın keçmiş lideri, İranın amansız düşməni Səddam Hüseynin devrilməsindən sonra Tehran 2 mindən çox hərbçinin həyatını aparan, hələ min əsgəri də yaralayan partladıcı qurğular tədarükü daxil olmaqla radikal qruplara maddi-texniki dəstək verməyə başlayıb.
Lakin İran və tərəfdarlarının ABŞ-a qarşı yuxarıda sadalanan bütün hərbi əməliyyat hadisələrinə baxmayaraq nə demokratlar, nə də respublikaçılar cavab hərəkəti ediblər. ABŞ indi İran nüfuzunun Yaxın Şərqdə dayandırılması praktik mümkünsüz olan yayılmasıyla üzləşib. Qəfil antihökumət nümayişləri 2017-ci il dekabrın 24-də bazar günü Məşhəd şəhərində başlanıb. Etiraz aksiyaları sürətlə İsfahanı və müqəddəs Qum şəhərini bürüyüb. Etirazların təşkilatçıları bildiriblər ki, aksiyalar pis iqtisadi şəraitdən törəyib. Etirazçılar hüquq-mühafizə qurumları əməkdaşlarına hücum edib, hökumət bina və banklarını ələ keçirmək cəhdi göstəriblər. Etirazçılar siyasi rəhbərliyin dəyişdirilməsi və İran teokratiyasının devrilməsinə çağırıblar.
ABŞ prezidenti Donald Tramp İran xalqına dəstək ifadə edib. İran dövlət KİV-lərinin iğtişaşların boğulduğunu iddia etdiyinə baxmayaraq daxili durum hələ də sabitləşməyib. Uyğun olaraq Tramp administrasiyası öz mənfəətini götürməlidir. Ağ Evin sıradakı addımları atması lazımdır:
İran vəzifəlilərinin yeganə məşğuliyyətləri pul yumaq olan korrupsionerlər kimi təqdim edildiyi kütləvi informasiya kampaniyası təşkil etmək gərəkdir. ABŞ təmsilçilər palatasının 2017-ci ilin dekabrında qəbul etdiyi İran rəhbərliyi aktivlərinin şəffaflığı haqda qanuna müvafiq olaraq maliyyə nazirliyi İran rəhbərlərinin aktivləri və pulların yuyulması üzrə əməliyyatlar haqda məlumat dərc etməlidir;
ABŞ administrasiyası “Amerikanın səsi” radioşirkətinin ingilis və ərəb dillərindəki verilişlərini yenidən formatlamalı, ictimaiyyətin diqqətini İran vəzifəlilərinin korrupsiyalaşmasına yönəltməlidir;
ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu, “Qüds” xüsusi təyinatlı hərbi bölməsi və hərbiləşdirilmiş Bəsic birləşmələri rəhbərləri daxil olmaqla İran vəzifəlilərinə dair sanksiya siyahısı tərtib etməlidir;
Kürdlərə hərbi tədarüklər təşkil etmək və Kürdüstanın müstəqillik cəhdini dəstəkləmək lazımdır. Bu, İranın Tehranı Aralıq dənizi sahiliylə birləşdirən yerüstü körpü yaratmasına mane olmaq imkanı verərdi;
Vaşinqtonun ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyasının 2008-də işə saldığı “Kassandra layihəsi”ni dirçəltməsi lazımdır. Bu layihə “Hizbullah” şiə qruplaşmasına ildə 1 milyard $ gəlir gətirən narkobizneslə mübarizəni nəzərdə tuturdu;
ABŞ elan etməlidir ki, İranla nüvə sazişi etibarsızdır.
Bu qəti tədbirlər İran xalqına göstərməlidir ki, ABŞ azadlıq mübarizəsində onu dəstəkləməyə hazırdır.
MilliYol.Az
Digər xəbərlər
loading...