"Azərbaycanın "Vikinq" dəmir yolu layihəsində iştirakı konteyner qatarlarının marşrutunu uzaq Asiya ölkələrinədək genişləndirəcək"
Bunu Trend-ə eksklüziv müsahibədə Litvanın iqtisadiyyat naziri Virginiyus Sinkyaviçyus deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu layihəyə cəlb olunması Qazaxıstan və Çin məhsullarının ixracı üçün alternativ marşrut imkanı təqdim edəcək.
Nazir qeyd edib ki, "Vikinq" layihəsi hər bir iştirakçının ticarət və nəqliyyat potensialını artıracaq.
Qeyd edək ki, "Vikinq" layihəsi 2003-cü ildə Litva, Belarus və Ukrayna tərəfindən işə salınıb. Azərbaycan 2016-cı ildə layihəyə qoşulub. Daha sonra Rumıniya, Bolqarıstan və Gürcüstan da layihəyə qoşulub.
Digər xəbərlər
loading...