Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Vaşinqtona rəsmi səfəri çərçivəsində iki ölkə arasında bir neçə milyard dollar həcmində 20 müqavilə imzalanıb
Axar.az xəbər verir ki, Nazarbayev ölkəsinin 7,5 milyard dollar həcmində ABŞ məhsullarını satın almağa hazır olduğu qeyd edib. Tramp isə öz növbəsində Qazaxıstana ixracın ABŞ-da iş yerlərinin sayının artırılmasına imkan verdiyini bildirib.
Qazaxıstanla ABŞ arasında aviasiya, kosmik tədqiqatlar, neft-kimya, kənd təsərrüfatı sənayesi, eləcə də təxminən 7 milyard dollar dəyərində infrastruktur layihələrinin inkişaf etdirilməsi layihələri üzrə sənədlər imzalanıb.
Qeyd edək ki, N.Nazarbayev rəsmi səfər zamanı ABŞ Prezidenti Donald Trampla Suriya və Əfqanıstan məsələləri ilə yanaşı, Rusiya ilə münasibətləri də müzakirə edib.
Digər xəbərlər
loading...