Türkiyədən moderator.az-a sensasion məlumat daxil olub. Sən demə, çevriliş gecəsində meydanlara axışaraq Ərdoğan iqtidarına dəstək verən xalqın içərisində çoxsaylı azərbaycanlılar da varmış və onlardan hətta yaralananlar da olub.
Bunlardan biri tanınmış publisist-jurnalist, keçmiş millət vəkili Əlövsət Ağalarov olub.
Yaxın qohumunun müalicəsi üçün İstanbulda olan keçmiş millət vəkili hadisələrin lap qaynar nöqtəsində olub və bu zaman xəsarət alıb.
Xəbəri eşidər-eşitməz Ə. Ağalarovun özünə telefon açdıq. Bəlli oldu ki, xəbər doğrudur və Əlövsət müəllim Boğaziçi körpüsündə çevriliş edən qiyamçı əsgərlərin qarşısına çıxan ilk etirazçılardan olub və bu zaman yaranan qarşıdurmada qıçından və qolundan xəsarətlər alıb. Xoşbəxtlikdən ona güllə dəyməyib, amma qarşıdurmada tankların əhalinin üzərinə yeriməsi zaman ciddi xəsarət alıb. Artıq hər şeyin arxada qaldığını deyən. Ə. Ağalarov 15 iyul gecəsini 1990-cı ildəki 20 yanvar qırğını ilə müqayisə edib və Türkiyənin az qala bütün şəhərlərində, xüsusən də İstanbulda belə bir vahimənin, şokun yaşandığını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...