Qax rayonunda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb
"Report"un məlumatına görə, hadisə Qax şəhəri, İ.Dağıstanlı küçəsində baş verib.
Belə ki, həmin küçədə dərinliyi 3 metrə yaxın olan, su kanalının üzərində yerləşən körpüdən keçərkən 1940-cı il təvllüdlü Nemət Məhəmməd oğlu Maqsudov kanala düşüb. Ətrafdakıların köməkliyi ilə qoca kişi su kanalından çıxarılıb və Təcili Tibbi Yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...