“Gürcüstan ərazisində Azərbaycan qazının satışı və abunəçi bazası 7 dəfə artıb”
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov “Georgian Business Consulting” nəşrinə deyib.
O bildirib ki, Gürcüstan hökuməti ilə 2008-ci ildə imzalanmış müqavilənin müddəti 10 dekabr 2017-ci il tarixində bitib və bu ayın sonunda sənədin icrası ilə bağlı 10 illik hesabat təqdim olunacaq.
A.Məmmədov əlavə edib ki, cari il üzrə şirkətin bir çox planları var: “Prioritet institusional islahatlarla yanaşı təşkilatı strukturu inkişaf etdirməkdir. Azərbaycandakı baş ofis və yerli tənzimləyicilər bunu tələb edir”.
Şirkət rəhbəri keyfiyyətə nəzarət və paylayıcı şəbəkənin idarə olunmasında Avropa standartlarının tətbiqində üstünlüklərin əldə olunduğunu qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...