Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda ittiham olunan Qarakişi Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Tamella Nəsrullayeva sədrlik edib. Prosesdə hökm oxunub.
Hökmə əsasən, Q.Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti hesab olunaraq o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, qohumlardan birinin yas mərasimində iştirak etməsinə qardaşı Mirdaməd Babayevin irad tutması onların arasında mübahisəyə səbəb olub və qardaşlar əlbəyəxa olublar. Dava zamanı Qarakişi Mirdamədi bıçaqlayıb…
Qarakişi Babayevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb. Amma sonradan onun əməli məhkəmə tərəfindən 126.1-ci maddəyə tövsif edilib.
Onu da qeyd edək ki, Babayev qardaşları artıq barışıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...