“Barselona”nın futbolçusu Xavyer Maskeranonun klubunu tərk edəcəyi dəqiqləşib
Qol.az-ın xəbərinə görə, bu barədə məlumatı “El Mundo Deportivo” yayıb.
"Barselona"nın Maskeranonun keçidi ilə bağlı Çinin “Xebey Çayna Forçun” klubu ilə razılığa gəldiyi bildirilir.
Argentinalı futbolçu İspaniya kubokunun 1/4 final mərhələsinin “Espanyol”la yanvarın 24-də keçiriləcək cavab görüşündən sonra Kataloniya klubunu tərk edəcək.
Xəbərdə "Barsa"nın Maskeranonun transferindən 10 milyon avro qazanacağı bildirilib.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2010-cu ildən "Barselona"da çıxış edir.
MilliYol.Az
Digər xəbərlər
loading...