"ABŞ Təl-Əvivdəki səfirliyini bu il ərzində Qüdsə köçürəcək"
"Haber7" bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
Qeyd edək ki, Ağ ev beynəlxaq ictimaiyyətin etirazından sonra səfirliyin köçürülməsinin bir neçə il sürəcəyi barədə açıqlama vermişdi. ABŞ prezidenti Donald Tramp isə ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqları barədə qərarı imzalayıb. O, bu il yanvarın 16-da isə ABŞ-ın fələstinli qaçqınlara etdiyi humanitar yardımın 65 milyon dollar azaldılması barədə uyğun sənədi təsdiqləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...