Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın sərhəd polisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, İ. Zeynalova Moldovaya səfərinin məqsədini təsdiqləyə bilmədiyi üçün geri qaytarılıb: “O, İstanbul-Kişinyov reysi ilə uçub. Pasport yoxlanışı zamanı qeyd edib ki, rəsmi şəxslərlə görüşü planlaşdırılıb, lakin bu görüşləri sənədlə təsdiqləyə bilməyib”.
Məlumatda o da vurğulanır ki, jurnalist deportasiya edilməyib, Moldovaya girişinə qadağa qoyulmayıb.
İradə Zeynalova ilk Kişinyov-Moskva reysi ilə yola salınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...