Türkiyədə 15 iyul gecəsi baş verən çevriliş cəhdi ilə bağlı maraqlı detallar açıqlanıb. MilliYol.Az "Karar" qəzetinə istinadən xəbər verir ki, qiyamın qırılma nöqtəsi 1-ci Ordu generalı Umit Dündarın çevrilişçilərin yox, hakimiyyətin yanında yer alası olub.
Qiyamçılar İstanbulda yerləşən 1-ci Ordu İstanbul və Ankaraya nəzarət etmək baxımından çox önəm verirmiş. Bu səbəbdən də onlar iyulun 15-i Bakı vaxtı ilə saat 22.00-da general Ümit Dündara zəng edərək onların yanında olmağı təklif ediblər, əks tədqirdə isə həbs olunacağını bildiriblər.
Amma general təklif qəbul etməyib. Əvvəlcə bu barədə hüquq-mühafizə orqanlarının rəhbərlərinə məlumat verib, sonra isə prezident Marmarisdə olan Rəcəb Tayyib Ərdoğana zəng edərək "Yanınızdayam, sizə bağlıyam" deyib.
Ərdoğanın Ankaraya getmək istədiyini bilən Umit Dündar onu bu fikrindən də daşındırıb. Çünki Ankara həmin vaxt dövlət başçısı üçün təhlükəsiz deyildi. Prezidentə "Cumhurbaşqanlığı Külliyəsi onların nəzarətindədi. Ora təhlükəsiz deyil. Ankaraya getməyin, İstanbula gəlib, sizi burda qoruya bilərik" deyərək fikrindən daşındırıb.
Daha sonra bir televiziyanın canlı efirinə bağlanan general çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənmədiyini deyərək, bunun qarşısının alınması üçün lazım olan tədbirlərin görüldüyünü bildirib. Bununla da həm qiyamçıların planlarını alt-üst edib, həm də ölkə daxilindəki ab-havanı dəyişdirməklə insanların hakimiyyəti dəstəkləməsinə şərait yaradıb.
Qəzet yazır ki, aylarla çevriliş planları quran hərbi xunta əslində Bakı vaxtı ilə saat 06.00-da hərəkətə keçərəkbütün hökumət binalarını, telekomnukasiya qovşaqlarını və telekanalları tutmaqla inqilabın baş verdiyini elan etməyə hazırlaşırmış. Amma plan ifşa olunduğundan panikaya düşərək erkən hərəkət ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...