Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 məsələ istintaq olunur
Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, həmin işlərin 12 faizi bank və bank olmayan kredit təşkilatları ilə bağlıdır.
Baş İdarə rəisi qeyd edib ki, şikayətlərin sayına görə ikinci sırada tikinti sektoru dayanır: “Tikinti şirkətləri tərəfindən vətəndaşların aldadılması halları azalsa da, təəssüf ki, bu cür hallar yenə də var”.
O əlavə edib ki, əvvəldən qalan işlər üzrə ziyanın ödənilməsi ilə bağlı tədbirlər davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...