Gürcüstan Ədliyyə Nazirliyinin Cəzaların icrası Milli Bürosunun həyətində atışma baş verib.
Yerli mətbuata istinadən verilən məlumata görə, bu barədə nazirliyin milli bürosu məlumat yayıb.
Büronun mətbuat xidməti bildirib ki, münaqişə iki nəfər arasında baş verib və onlar odlu silahdan bir-birinə atəş açıblar. Nazirliyin məlumatına görə, hər ikisi xəstəxanaya yerləşdirilib.
Mətbuat xidmətindən onu da bildiriblər ki, hadisənin milli büro ilə heç bir aidiyyatı yoxdur, bu iki şəxs arasında baş verən münaqişədir.
Hazırda hadisə yerində polis əməkdaşları işləyir.
Onu da əlavə edək ki, bu hadisə son günlər regionda 4-cü ölkədə baş verən və ciddi narahatlıq doğuran hadisədir. Bundan əvvəl isə Türkiyədə, ötən gün Ermənistanda, bu gün isə Qazaxıstanda silahlı insidentlər baş verib.(Anspress.com)
MilliYol.Az
Digər xəbərlər
loading...