Azərbaycan enerji sahəsində Bolqarıstanın strateji tərəfdaşıdır
Bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib.
Nazir qeyd edib ki, hazırda "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan interkonnektoru kimi vacib birgə layihə üzərində iş gedir: "Bu layihə ilə bir milyard kubmetr həcmində Azərbaycan qazı nəql olunacaq".
Onun sözlərinə görə, Azərbaycanla Bolqarıstan arasında münasibətlər, xüsusilə enerji sahəsində çox vacib və intensivdir: "Bolqarıstanın Baş naziri Boyko Borisovla Azərbaycan Prezidenti İlham Əliyev arasında ötən gün keçirilmiş danışıqlar zamanı enerji məsələsi vacib yer tutub. SOCAR-dan olan həmkarlarımızın Bolqarıstan ərazisində qazpaylayıcılıq fəaliyyətində iştirakı üçün normativ sənədlər barədə tədqiqatın aparılması ilə bağlı məsələ müzakirə olundu. Hesab edirəm ki, bu, odun və kömür istifadə edən qızdırıcıların istifadəsi nəticəsində hava çirklənməsi məsələsinin həll olunması üçün əla imkandır".(trend)
Digər xəbərlər
loading...