İran Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada PYD-/YPG-lərdən ibarət 30 minlik "Suriya Sərhəd Qoruyucuları" adı altında ordu yaratmaq planına etiraz edib
Strateq.az xarici mediaya istinadən xəbər verir ki, XİN sözçüsü Bəhram Qasımi deyib ki, bu plan Suriyanın daxili işlərinə qarışmaqla yanaşı, həm də bölgədəki böhranı daha da dərinləşdirməyə xidmət edir:
"İran, Türkiyə və Rusiya Astanadakı görüşlərdə Suriyada təhlükəsiz bölgələr yaratmaqla, böhranı həll etməyə çalışır və bu istiqamətdə ciddi uğurlar əldə olunub. ABŞ-dan tələbimiz odur ki, bölgədə yıxıcı, dağıdıcı planlarını bir daha diqqətə alaraq, gec də olsa, Suriyadakı qruplarını çıxarsın, hər şeyi xalqın iradəsinə buraxsınlar".
XİN sözçüsü deyib ki, ABŞ-ın 30 minik ordu yaratma planı düşündürücü və qəbuledilməzdir.
MilliYol.Az
Digər xəbərlər
loading...