İyulun 15-i gecə saatlarında Türkiyədə baş verən çevriliş cəhdi zamanı prezident Rəcəb Tayyib Ərdoğan öldürülməli imiş. MilliYol.Az xəbər verir ki, yerli media qiyamçıların dövlət başçısını havada vurmağı planlaşdırdığını iddia edib.
Məlumata görə, çevrilişçilər Ərdoğanın təyyarəsini Marmaris Dalaman hava limanından qalxdıqdan sonra vurmaq istəyirmiş. İddia edilir ki, Ərdoğan çevriliş cəhdini Marmarisdə qaldığı "Grand Yazıcı Turban Otel"də öyrənib. Otelin hədəf olacağı şühəsindən sonra prezident Ankaraya yollanmaq üçün yola çıxıb. Amma 1-ci ordu komandanı Ümit Dündarın "Ankara təhlükəsiz deyil, Beştəpəni mühasirəyə alıblar. Biz sizi İstanbulda qoruya bilərik" sözlərindən sonra qərarını dəyişib.
Prezidentin hərbi məsələlər üzrə baş müşaviri, ötən gün həbs olunan polkovnik Ali Yazıcı mühafizə xidmətindən uçuş kordinatlarını istəyib. Onun bu istəyi planın ifşasına səbəb olub. Belə ki, mühafizə xidməti Ali Yazıcının istəyindən şübhələnib. Bundan sonra Dalaman hava limanında daha iki təyyarənin uçuşa hazırlanması tapşırılıb. Baş müşavirə isə təyyarənin istiqamətinin hələ bəlli olmadığı bildirilib.
Ərdoğanı İstanbula gətirəcək təyyarə "THY8456" kodu ilə havaya qalxıb. Amma bunun bilinməməsi üçün digər iki təyyarə də ard-arda uçuşa başlayıb. Ərdoğanın təyyarəsi yol boyunca bütün radarlarda Türk Hava Yollarının təyyarəsi kimi görünüb. Atatürk hava limanına yaxınlaşdıqda isə qiyamçıların iki F16-sı dövlət başçısının təyyarəsinə yaxınlaşıb. Amma Eskişəhərdən qalxan digər iki F16 onları prezidentin təyyarəsindən uzaqlaşdırıb. Bundan sonra Ərdoğan Atatürk hava limanına enib.
MilliYol.Az
Digər xəbərlər
loading...