“Xarici öhdəliklər və toksik aktivlərin ötürülməsi də daxil olmaqla 2017-ci ilin sonunda “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) restrukturizasiya prosesi başa çatıb”
Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən “APA-Economics”ə bildirilib.
Agentliyin mütəxəssisləri qeyd ediblər ki, restrukturizasiya prosesindən sonra bank kapital mövqeyini, aktivlərinin keyfiyyətini bərpa edib, maliyyə strukturunu yaxşılaşdırıb.
“Buna baxmayaraq, bankın gələcək inkişafı, kredit portfelinin böyüməsi, daimi baza gəlirinin yaxşılaşması, o cümlədən mövcud açıq valyuta mövqeyinin hedcləşdirilməsi ilə bağlı hələ də çağırışlar mövcuddur”, – deyə agentlikdən bildirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...