“Canlı ifa etməyi bacaran müğənni üçün mütləq yatmaq lazımdır ki, səs telləri sözünə baxsın. Süd, yumurtanın sarısını içməlisən. Bunu canlı ifa oxuyanlar etməlidirlər. Fonoqram oxuyanlar üçün bunların heç bir mənası yoxdur. Fonoqram öz işini görür”
Axşam.az-ın məlumatına görə, bu müğənni Elariz Məmmədoğlu “Şou məkan” proqramına açıqlamasında deyib.
Sənətçi oğlundan danışıb. O bildirib ki, övladı evlənmək istəyir:
“Oğlum hələ təhsil alır, anası da çox üstünə gedir ki, evlən. O da anasıyla mənim üstümə atıb ki, siz qız tapın, evlənim. Mən də öz işimlə məşğulam. Görək nə olur. 24 yaşı tamam oldu, 25-ə keçdi. Mənə elə gəlir ki, 28 yaşa kimi hələ vaxtı var. 28 yaşdan o yana artıq gecikmə olur. Mən 23 yaşında evlənmişəm. Peşman da deyiləm. O yaşda evlənəndə biraz çətinliklər olur. Özünü tutmamış görürsən ki, özün boyda uşaqların var. Biraz çətindir, amma yaxşıdır. Nəvələr də tez olur”.
Elariz Türkiyədə təhsil alan oğlu üçün əcnəbi xanım belə almağa razı olduğunu söyləyib:
“Gəlin Türkiyə türkü də ola bilər, dünyanın başqa bir yerində yaşayan türk də ola bilər. Əsas odur ki, ailəmizə uyğun olsun. Bizi başa düşən bir insan olmalıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...