Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 556 mln. 866,578 min manat sığorta haqqı toplanıb
Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 257 mln. 109,597 min manat təşkil edib.
2017-ci il ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,2 manatı sığorta hadisələrininödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,8 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar 375 mln. 231 min manat, bu sığorta növləri üzrə ödənişlər isə 199 mln. 425 min manata yaxın məbləğ təşkil edib.
2017-ci ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67,4% könüllü, 32,6% icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 77,6% könüllü, 22,4% icbari sığorta növlərinin payına düşüb.
MilliYol.Az
Digər xəbərlər
loading...