Soli Özel
“Habertürk”, Türkiyə 15 yanvar 2018-ci il
Türkiyə ilə ABŞ arasında onsuz da əməlli-başlı gərgin olan münasibətlər dünənki hadisələrdən sonra daha dərin bir böhran adlandırılmağı haqq edəcək nöqtəyə gəlib.
“Reuters” agentliyinin verdiyi xəbərə görə, ABŞ liderliyində İŞİD-lə döyüşmək üçün qurulan koalisiya 30 000 nəfərlik Sərhəd Təhlükəsizlik Qüvvəsi (STQ) yaratmaq qərarı alıb. Bu yeni qüvvə, nüvəsini YPG-nin təşkil etdiyi Suriya Demokratik Güclərinin (SDG) hələ də nəzarət etdiyi bölgədə vəzifə alacaq. Həmin qüvvənin yarısı SDG-dən təşkil ediləcək, digər yarısı üçün də adam seçiminə başlanıb. Bu güc şimalda Türkiyə sərhəddində, cənubi-şərqdə İraq sərhəddində və Fərat çayı boyunca yerləşdiriləcək.
Fərat çayı eyni zamanda ABŞ gücləri və SDG ilə Suriya ordusu arasındakı ayırıcı xətti də təşkil edir. Koalisiya tərəfindən verilən açıqlamaya görə, “Sərhəd Təhlükəsizlik Qüvvəsi SDG-yə bağlı olaraq iş görəcək, şimalda daha çox kürdlər, cənubda isə daha çox ərəblər vəzifə alacaqlar”.
Moskvanın narahatlığı
Bu addımın Türkiyədə yaratdığı hiddət məlumdur. O məsələyə gələcəyəm. Ancaq bu edilənin verdiyi ilk mesaj, ABŞ-ın Suriyadan çıxmayacağıdır. “Bu, onsuz da gözlənilirdi” deyilə bilər. Doğrudur. Ancaq ABŞ və koalisiya, – Türkiyə də bu koalisiyanın üzvüdür, lakin aydındır ki, fikri soruşulmamışdır, – eyni zamanda Suriyadan qısa müddətdə çıxmayacağını da bəyan etməkdədir. Bu arada, hər hansı bir başqa ölkənin fikrinin soruşulduğuna dair hələ ki, bir məlumat da yoxdur.
Tramp hakimiyyəti, sələfindən fərqli olaraq, Suriyada qalmaq və bu ölkədəki varlığını İranın güclənməsini və yayılmasını əngəlləmək üçün istifadə etmək niyyətindədir. Bu məqsədlə Suriyanın suverenliyini heçə saymaqda və bir baxımdan da Rusiyaya Astana prosesinin Cenevrə konfransının yerinə keçməsinə izn verməyəcəyini də söyləməkdədir.
Əlaqələri güclü olan livanlı jurnalist Raghida Derghamın “Huffington Post” saytında çıxan yazısında da Moskvanın Vaşinqtonun həmlələrindən narahat olduğu vurğulanır. Siyasi həllin uzanması Rusiyanın hərbi əməliyyatlarını gecikdirdiyi üçün seçkiyə gedəcək Vladimir Putinin işinə yaramışdır. Derghama görə, buna qarşılıq İranın hələ Suriyada görüləcək hərbi hesabları var və bunların bitirilməsi üçün də zamana ehtiyac duyur.
“İranın bu şəkildə mühasirəyə alınması, ya da geri püskürdülməsi mümkün ola biləcəkmi?” sualı da ortada durur. ABŞ-İran çəkişməsinin digər bir sahəsi də İraqdır və Vaşinqton may ayında keçiriləcək seçkilərdə Tehranın təsirini qıracaq bir nəticə üçün səy göstərməkdədir. Görünür, 2021-ci ildəki prezident seçkilərinə qədər normal durumun bərpa edilməməsi ehtimal daxilindədir.
Afrin hərəkatı
ABŞ-ın hansı səbəblə olursa-olsun SDG-nin strukturunu və adını dəyişdirərək, qurmaq istədiyi Sərhəd Təhlükəsizlik Qüvvəsinin içində olan YPG ünsürləri səbəbilə Ankarada qəzəbin yaranmasına gətirib çıxaracağı bəlli idi. Əslində, Prezidentin mətbuat katibi İbrahim Kalının yenicə söylədikləri iki müttəfiqin münasibətlərinin daha da pisləşəcəyinin göstəricisidir. Kalın, “Bu çərçivədə legitim hədəf olan terror təşkilatlarına qarşı yeri, zamanı və forması Türkiyə tərəfindən müəyyən edilməklə, hər cür müdaxilə haqqı qorunur” deyərək, plankanı yüksək bir yerə qoyub.
Prezident Ərdoğan da Türkiyənin Afrinə müdaxiləsinin bir an məsələsi olması mesajını israrla verməkdədir. Bu günə qədər belə bir əməliyyatın Rusiyanın qarşı çıxamsı səbəbilə də keçirilmədiyi tez-tez söylənirdi. Deməli, bu durumda mümkün bir Afrin hərəkatı ya Rusiyada fikir dəyişikliyilə, ya da Rusiyanın qarşı olmasına rəğmən keçiriləcəkdir.
Birinci halda əməliyyat risklər, hərbi hərəkatın çətinliyi və qarşılaşıla biləcək müqavimət üzündən məhdud görünür.
İkinci halda isə Türkiyə, ABŞ-dan sonra Rusiya ilə də PYD səbəbilə tərs düşmüş və əlaqələrini gərginləşdirmiş olacaqdır. Bu durumda, gözlər Suriyadakı böhranın həlli üçün yaradılmış Moskva-Ankara əlaqəsinin gələcəyinə dikiləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...