Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan, əvvəllər məhkum olunmuş, “Baron Dədəş” ləqəbli Elşad Bağırov şübhəli şəxs qismində saxlanılıb
DİN-nin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı onun paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində yaşadığı evdən satış üçün nəzərdə tutulan və hazır qablaşdırılmış formada olan külli miqdarda tiryək, heroin, marixuana, o cümlədən 150 ədəd güclü psixortop təsirə malik metamfetamin, preqabalin (lyrica), metadon həbləri və üç ədəd elektron tərəzi aşkalanaraq götürülüb.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...