Bu gün iş adamı Araz Ağalarovun anası və müğənni-bəstəkar Emin Ağalarovun nənəsi Əminə Nuriyevanın doğum günüdür
Axşam.az xəbər verir ki, Emin 103 yaşı tamam olan nənəsini belə xatırlayıb:
“Nənəm Əminə mənim uşaqlarımdan 95 yaş bpyük idi. O, atamı 40 yaşında dünyaya gətirib. Atam 14 yaşında olarkən isə həyat yoldaşını itirib. Araz Ağalarovu təkbaşına böyüdüb. Nənəm 100 yaşına bir neçə gün qalmış dünyasını dəyişdi. Hər zaman deyirdi ki, “bu qədər uzun yaşamaq yaxşı deyil” deyirdi, yüksək yumor hissi olan nadir qadın idi. İnqilaba qədərki dövrü xatırlayır, müharibədən danışırdı. Bütün Sovet hakimiyyəti dövrünü yaşadı və yeni Rusiyanı da gördü”.
Qeyd edək ki, Əminə Nuriyeva 2015-ci il yanvarın 6-da dünyasını dəyişib.
MilliYol.Az
Digər xəbərlər
loading...