Albaniyanın Şkodet şəhərində törədilən partlayış nəticəsində 8 nəfər yaralanıb, onlardan 3 nəfərin vəziyyəti ağırdır, xəsarət alanlar arasında Monteneqro dövlət televiziyasının əməkdaşı da var
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, motosikletə bərkidilmiş partlayıcı qurğu şəhərin mərkəzində Serbiya-Monteneqro milli azlıqların ofisi qarşısında işə salınıb. Albaniya polisinin versiyasına görə, hücumun hədəfi yerli sahibkar Lülzim Kula olub.
Hadisə araşdırılır.
Digər xəbərlər
loading...