Lənkəranda iki gecə ərzində bir neçə sakininin həyətyanı sahəsindən oğurluq edilib
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Separadi kəndində qeydə alınıb.
Kənd sakini Anar İsaverdi oğlu Sadıqovun həyətindən bir ədəd dəmirkəsən mişar, Rəşad Xəlil oğlu Qasımovun həyətindən bir ədəd əl burğulama maşını, Şəfi Cəfər oğlu Cəfərovun həyətindən bir ədəd perforator aparatı, Elçin Malik oğlu Cəfərova məxsus həyətdən bir ədəd qaynaq aparatı, Səməd Vəli Oğlu Ağayevə məxsus həyətdən bir ədəd əl burğulama maşını, iki ədəd dəmirkəsən mişar, Elşən Mikayıl oğlu Qasımova məxsus həyətdən isə bir ədəd velosiped oğurlanıb.
Kənd sakinlərinin sözlərinə görə şəxs və ya şəxslər onlara ümumilikdə xeyli maddi ziyan vurub.
Məsələ ilə bağlı artıq polisə müraciət olunub.
Digər xəbərlər
loading...