Android əməliyyat sistemi üzərindən işləyən cihazların sahibləri Bakı metropoliteninin interaktiv xəritəsindən istifadə edə biləcək
Bu barədə Trend-ə layihənin rəhbəri Şamxal Bayramov deyib.
Onun sözlərinə görə, müvafiq proqramın ilkin versiyası Play Market-də yerləşdirilib.
"Tədbiq Rusiyanın "Yandeks.Metro" proqramının funksiyalarına malik olacaq, bu da nəqliyyatda qedişi planlaşdırmağa, yola sərf edilən vaxtı hesablamağa və optimal marşrut seçməyə imkan yaradacaq. Hələlik mobil tədbiqin cari versiyası informativ xarakter daşıyır, lakin növbəti yenilənmədən sonra proqram interaktiv olacaq və ona yeni funksiyalar əlavə ediləcək",-deyə layihə rəhbəri bildirib.
Şamxal Bayramov həmçinin bildirib ki, hal-hazırda BakuBus tədbiqinin təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Digər xəbərlər
loading...