«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, nüvə silahı istehsalı üzrə Rusiya, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə müqayisədə üstünlüyə malikdir
Bu barədə ABŞ-ın nüvə doktrinası layihəsində söhbət açılır. Layihədən fraqmentləri «Vaşinqton post» nəşri dərc edir.
Sənəddə qeyd olunur ki, Rusiyanın üstünlüyü, onun çoxlu miqdarda qeyri-strateji nüvə sistemlərinə malik olmasında və bu sistemlərin müxtəlifliyindədır. Eyni zamanda, həm nüvə, həm də qeyri-nüvə «yük»ü ilə təchiz oluna bilən platformaların sayı artır. Bu da Moskvaya imkan verir ki, strateji hücum silahlarının (SHS) azaldılması barədə müqavilənin şərtlərini pozmadan, özünün nüvə arsenalını genişləndirsin.
Ümumilikdə isə ABŞ-ın yeni nüvə doktrinasında Pusiyanın adı digər dövlətlərdən çox xatırlanır. İkinci yerdə Çin dayanır, ardınca Şimali Koreya və İran sıralanır.
Digər xəbərlər
loading...