Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak etməyəcək
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, milliləşdirilmiş türk futbolçunu klubu yığmamıza buraxmayıb.
19 yaşlı yarımmüdafiəçinin milliyə cəlb olunması ilə bağlı öncədən Hollandiya təmsilçisi ilə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən kub rəhbərliyi Özan Can Kökcünün yığmanın toplanışına qatılmasına icazə verməyib.
Digər xəbərlər
loading...