Oyun aksessuarı onu enerji ilə dolduran xüsusi kiçik "xalça" ilə birgə işləyir
Oyun aksessuarlarının buraxılışı üzrə ixtisaslaşmış "Razer" şirkəti "CES 2018" sərgisində batareyasız işləyən simsiz "maus" təqdim edib. Oyun cihazı istifadə zamanı kiçik "xalça" vasitəsilə enerji toplayır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət "Razer Mamba HyperFlux" adlı "maus"un buraxılışı üçün patentlənmiş "HyperFlux" texnologiyasından istifadə edib. Bu texnologiya sayəsində "maus" şəbəkəyə qoşulmuş xüsusi kiçik "xalça" üzərində yerləşərkən enerji toplayır. Enerjinin doldurulması prinsipi induksiya metoduna oxşardır, "maus" kiçik "xalça" ilə kontakt olmadan işləmir.
Oyun aksessuarı enerjinin sabit qəbulu və siqnalın kompüterə ötürülməsinə nəzarət edən "Adaptive Frequency Technology Razer" adlı sensorla təchiz edilib. "Razer Mamba HyperFlux" "maus"unun qiyməti 249 dollar təşkil edir.
Digər xəbərlər
loading...