Kürəkəni Zibeydə Əsədullayevanı döyərkən sərxoş olub
Bakıda döyülmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Rusiyadan gəlmiş 1962-ci il təvəllüdlü Əsədullayeva Zibeydə Ziyad qızı qızının evində olarkən kürəkəni tərəfindən döyülüb. Nəticədə qadın qapalı kəllə-beyin travması alıb.
Yaralı 1 saylı Kliniki Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib. Məlumata görə, kürəkəni Z.Əsədullayevanı döyərkən sərxoş vəziyyətdə olub.
Fakt Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır.
Digər xəbərlər
loading...