Türkiyədəki hərbi çevriliş cəhdinin səbəbkarı hesab olunan Fətullah Gülənlə bağlı Amerika Birləşmiş Ştatları hökuməti açıqlama verib.
MilliYol.Az xəbər verir ki, xarici işlər naziri Con Kerri "xidmət hərəkatı"nın lideri ilə bağlı Türkiyədən hər hansı bir tələb almadıqlarını bildirib.
Lüksemburq səfəri zamanı jurnalistlərin suallarını cavablandıran XİN rəhbəri çevriliş cəhdinin araşdırılması üçün Türkiyəyə yardım etməyə verməyə hazır olduqlarını deyib: "Türkiyənin cənab Gülənlə bağlı verəcəyi sualların olduğunu təxmin edirik. Türkiyə höekumətini həmişə olduğu kimi real sübutları bizə təqdim etməyə çağırırıq".
MilliYol.Az
Digər xəbərlər
loading...