Türkiyədə dövlət çevrilişinə cəhdə görə həbs olunan zabitlərdən birinin telefonunda “çevriliş planı” tapılıb.
Publika.az xəbər verir ki, “Yurdda sülh” adlı qrupda “watshap” yazışmalarında atılacaq addımlar qeyd olunub.
Mayor Çelebioğlunun qurduğu qrupda yazılanlar çevrilişə cəhd edənlərin İstanbul polisinin rəis müavinləri, İstanbul Böyükşəhər Bələdiyyəsinin mülki müdafiə katibi Mehmet Tunç və İstanbul vilayətinin rəhbəri Gökay Bostanla birlikdə hərəkət etdiyini sübut edib.
“Yeni Şafak” qəzeti yazır ki, Fətullah Gülən tərəfdarı olan polkovnik Müslüm Kaya qrupda belə yazıb: “Bələdiyyədən Mehmet Tunç idaət edir. İstanbul Böyükşəhər Bələdiyyəsini həll edəcəyini deyir. Mənə zərər verməsinlər deyir”.
Mayor Osman Akkaya isə belə yazıb: “İstanbul vilayətinin valisi Gökay Bostan valilikdə problem olmayacağını deyir. Fəaliyyəti dəstəkləyir. Gəlməyinə icazə verməyimizi istəyir”.
Dövlət çevrilişinə cəhd edənlər axşam saatlarında boğaz körpüsünə doğru hərəkət edən İstanbul polisinin rəisi Mustafa Çalışkanın təcili həbs olunması təlimatını da verirlər.
Yazışmalarda çevriliş planını quran zabitlər əsgərlərin bu gün yeyəcəkləri yeməklərin haradan tədarük ediləcəyini də müzakirə edirlər.(publik.az)
MilliYol.Az
Digər xəbərlər
loading...