“Rusiya Suriya Beynəlxalq dialoq konqresini təşkil etməkdən imtina etməyəcək”
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibinin müavini Devid Sattirfayldın Soçidəki konfrasın Cenevrə prosesinə təsir etməyəcəyi barədə açıqlamasına münasibət bildirərkən söyləyib.
“Amerikalı müttəfiqlərimiz Rusiyanın həll prosesindəki rolunun işlərinə yaramadığını açıq şəkildə dilə gətirirlər. ABŞ xüsusilə də Suriyada dialoq qurulmasına istiqamətlənmiş əhəmiyyətli, prinsipial və əhatəli fəaliyyətlərin həyata keçirilməsindən məmnun deyil. Əgər biri (Devid Satterfild nəzərdə tutulur – red.) illüziya görürsə, nə edirsiniz edin, nəticə əldə edə bilməyəcəksiniz”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Devid Sattirfayld bundan əvvəl Türkiyə, İran və Rusiyanın Suriya böhranının həlli ilə bağlı apardığı Soçi formatının qeyri-qanuni olduğunu və bunun qanuniləşdirilməsinə icazə verməyəcəklərini deyib. O bildirib ki, ölkəsi Soçi formatına qarşı BMT vasitəçiliyi ilə hərəkətə keçəcək.
Digər xəbərlər
loading...