Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları üçün təhlükəsiz səyahət edə biləcəkləri ölkələrin siyahısı təsdiqlənib
Bu barədə daxili işlər naziri Vladimir Kolokoltsev sərəncam imzalayıb.
Təsdiq olunmuş təhlükəsiz ölkələr siyahısına Azərbaycan, Belarus, Çin, Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Vyetnam daxil olub.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsini şərh edərkən bildirmişdi ki, Azərbaycana getməməyi bu ölkə haqqında hər hansı təsəvvürü olmayan insanlar tövsiyə edə bilər:
"Mən dəfələrlə və böyük məmnuniyyətlə Azərbaycana səfər edən biri kimi deyə bilərəm ki, turistlərə bu ölkəyə getməməyi tövsiyə etmək sadəcə cəfəngiyyatdır". (trend)
Digər xəbərlər
loading...