Bakıda Yeni illə bağlı quraşdırılan əsas yolkanın sökülməsinə başlanılıb
Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat veriblər. Məlumatda bildirilir ki, yanvarın 11-dən yolkanın sökülməsinə başlanılıb və artıq işlər yekunlaşmaq üzrədir:
"Yolkanın fəaliyyəti yanvarın 13-ə qədər nəzərdə tutulmuşdu. Artıq dünəndən sökülməyə başlanılıb. Bulvardakı digər kiçik yolka da bu gün söküləcək".
Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin rəhbəri Əlabbas Bağırov isə bildirib ki, Yeni illə bağlı şəhərdə quraşdırılan bütün yolkalar yanvarın 13-nə qədər söküləcək:
"Artıq parklardakı yolkalar sökülüb. Ola bilər ki, bir və ya iki yolka sökülməyib, amma onlar yanvarın 13-dən sonra fəaliyyət göstərməyəcək". (“Trend”)
MilliYol.Az
Digər xəbərlər
loading...