Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçıların Hava Qüvvələrinin komandanı Abidin Ünalı qaçırmasının detalları açıqlanıb.
MilliYol.Az xəbər verir ki, general həmin vaxt başqa bir general Mehmet Şanverin qızının Moda Dəniz Kulubundakı toyunda imiş.
Toy davam edərkən 5 hərbi helikopter kulubun baxçasına enərək havaya atəş açıblar. Daha sonra isə onlar Abidin Ünal və Mehmet Şanverin daxil olduğu Hava Qüvvələrinin yüksək rütbəli zabitlərini girov götürərək aparıblar.
Qardaşına zəng edən Abidin Ünal İstanbulda tanımadıqları bir yerdə saxlandıqlarını və vəziyyətlərinin yaxşı olduğunu bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...